• 27 Yanvar 2023
logo
Azərbaycan "Expo 2020 Dubai" sərgisində milli pavilyonla təmsil olunacaq

Azərbaycan "Expo 2020 Dubai" sərgisində milli pavilyonla təmsil olunacaq

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək "Expo 2020 Dubai" beynəlxalq sərgisində milli pavilyonla təmsil olunacaq.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Azərbaycan pavilyonu "Gələcək üçün toxumlar" mövzusunda təbii elementdən (ağac və yarpaq) təşkil olunacaq. Sərgi bu ilin 1 oktyabr tarixində start götürəcək və 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.
Sərgini müxtəlif təşkilatlar, təhsil müəssisələri və şirkətlərin nümayəndələri daxil olmaqla 200-dən çox iştirakçı və milyonlarla insan ziyarət edəcək.

"Sərgi BƏƏ və Azərbaycan arasında ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni fürsətlər yaradacaq", - səfirlikdən bildirilib.