• 27 Yanvar 2023
logo
DSMF sədri Alman-Azərbaycan Ticarət Palatasının sədri və icraçı direktoru ilə görüşüb

DSMF sədri Alman-Azərbaycan Ticarət Palatasının sədri və icraçı direktoru ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişovla Alman-Azərbaycan Ticarət Palatası (AATP) İdarə Heyətinin sədri Fərid İsayev və Palatanın icraçı direktoru Tobias Baumann arasında işgüzar görüş olub.

Fonddan verilən məlumata görə, H.Məmişov son illər Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, görülən işlər, əhaliyə göstərilən elektron xidmətlər, proaktiv pensiya təyinatı, prioritet hədəflər barədə məlumat verib.

Bakıda koronavirusa ən çox yoluxma olan rayonların adları məlum olub
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb - FOTO - VİDEO - YENİLƏNİB
"YAŞAT" daha 6 qazinin əməliyyat xərclərini qarşılayıb
Görüşdə Alman-Azərbaycan Ticarət Palatasının nümayəndələri sosial təminat sahəsində qabaqcıl beynəlxalq təcrübənin, o cümlədən Almaniya təcrübəsinin təşviqi işində Fondla əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər. Təcrübə və məlumat mübadiləsinin daha geniş müstəvidə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin aktuallığını bildiriblər. Əməkdaşlıq istiqamətlərini özündə ehtiva edəcək Niyyət Protokolunun imzalanmasının məqsədəuyğun ola biləcəyini qeyd ediblər.

İkitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Sosial təminat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.