• 28 Mart 2024
logo
Birinci sinfə qəbulla bağlı onlayn müsahibələr başa çatıb

Birinci sinfə qəbulla bağlı onlayn müsahibələr başa çatıb

Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün keçirilən onlayn müsahibələr başa çatıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılıb.

Qeyd edək ki, paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 9 Müsahibə komissiyası fəaliyyət göstərib. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada ifadə edə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) qiymətləndirilib.