• 20 Aprel 2024
logo
Bakıda liseylərə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

Bakıda liseylərə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin lisey siniflərinə elektron sistem vasitəsilə 2 986 müraciət daxil olub.

İdarədən verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçmiş şagirdlər müsabiqədə iştirak edəcəklər.
V, VI, VII və VIII siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərin Azərbaycan dili və riyaziyyat fənləri üzrə bilikləri ilə yanaşı, qeyri-standart düşünmə bacarıqları da yoxlanılacaq. 9-cu siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərə isə məntiqi təfəkkürün əvəzinə fizika və kimya fənləri üzrə suallar təqdim olunacaq.

Müsabiqə 16 iyun (VI sinfə qəbul), 17 iyun (V sinfə qəbul), 18 iyun (VII sinfə qəbul), 21 iyun (VIII və IX siniflərə qəbul) tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.