• 29 Yanvar 2023
logo
Bu şəxslər metrodan pulsuz istifadə edəcək

Bu şəxslər metrodan pulsuz istifadə edəcək

Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak etmək üçün akkreditasiyadan keçmiş bütün şəxslər Bakı metropolitenindən pulsuz istifadə edəcək.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla əlaqədar Avropa Çempionatının Təşkilat Komitəsi ilə Bakı Metropoliteni arasında razılıq əldə edilib. Razılığa əsasən bu məqsədlə akreditasiyadan keçən iştirakçılar və azarkeşlərdən metrodan istifadə üçün ödəniş tələb olunmayacaq.