• 5 Fevral 2023
logo
Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunvericilk bazası yaradılır

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunvericilk bazası yaradılır

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib ki, Nazirlik tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilk bazasının yaradılması işlərinə başlanıb.
“Himayədar ailə” modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər, himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir.

Yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması məqsədilə Nazirlik tərəfindən onlayn sorğu keçirilir. Hər kəs sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər.

1 sentyabr 2021-ci il tarixinədək keçiriləcək sorğuda iştirak üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

https://docs.google.com/forms/d/e/1FAIpQLSduBfWmSXLcTv1Dog_xVh0O_RKsn9zU B-E7E5CDrZuDnXqrgA/viewform