• 1 İyul 2025
logo
SN: Seroloji analizlə COVID pasportu almaq mümkün deyil

SN: Seroloji analizlə COVID pasportu almaq mümkün deyil

““COVID-19” pasportu dünyada ən aktual məsələ və problemdir”.

Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 sertifikatı" mövzusunda çıxışında deyib.
O bildirib ki, İgG analizi verərək COVID pasportu əldə etmək mümkün deyil: “Bu, seroloji analizdir, bununla heç bir pasport almaq mümkün deyil”.

N.Daşdəmirovanın sözlərinə görə, immun sertifikatı olan şəxsin sertifikatının müddəti 6 ay tamamlananda bitir, bu zaman o, vaksinasiya olunub “Vaksin sertifikatı” ala bilər.