• 1 Fevral 2023
logo
Azərbaycan peyvəndləməyə görə MDB ölkələri arasında lider olub

Azərbaycan peyvəndləməyə görə MDB ölkələri arasında lider olub

Azərbaycan koronavirusa qarşı peyvəndləməyə görə MDB ölkələri arasında lider mövqeyə çıxıb.

Bu barədə "Mir 24" telekanalı bildirir.

Qeyd olunur ki, bu günədək ölkədə əhalinin 18 faizi peyvəndlənib: "Vaksinin birinci dozasını 1,5 milyondan, hər iki dozanı 1 milyona yaxın azərbaycanlı qəbul edib. Ölkədə 4 vaksin - Rusiyanın "Sputnik V", Çinin "CoronaVac", Almaniya və ABŞ-ın "Pfizer", Böyük Britaniya və İsveçin "AstraZeneca" vaksinləri qeydiyyatdan keçib".