• 27 Yanvar 2023
logo
Köhnə qaz xəttləri yenilənir (FOTO)

Köhnə qaz xəttləri yenilənir (FOTO)

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan, istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri davam etdirilir.

İstehsalat Birliyindən verilən məlumata görə, Şəki şəhərində 47 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış yeraltı qaz xətti Birliyin Təmir-Tikinti idarəsi tərəfindən yeni polietilen boru ilə əvəzlənir.

Şəhərin M.Ə.Rəsulzadə prospekti istiqamətində 6 km uzunluğunda müxtəlif diametrli polietilen boru ilə çəkilən yeni qaz xətti hazır olduqdan sonra 5 min abonentin qaz təchizatı yaxşılaşdırılacaq. İşin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər cəlb edilib.

Qeyd edək ki, respublikanın yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.