• 12 Noyabr 2019
logo
add image
Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır

Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır

Avropa Şurası Azərbaycanda “Azərbaycan KİV-lərində gender bərabərliyinin və digər etik standartların gücləndirilməsi” layihəsini həyata keçirir.
Trend-in məlumatına görə, bu layihə gender bərabərliyinin və digər etik standartların yerli mətbuatda təşviqinə və media vasitəsilə cəmiyyətə təsirinə yönəlib.
Layihənin konkret məqsədləri aşağıdakılardır:
- KİV-lər üçün milli normativ-hüquqi bazanı gender bərabərliyi baxımından təkrar nəzərdən keçirmək və onun Avropa Şurası standartlarına uyğunlaşdırılması ilə bağlı tövsiyələr vermək.
- Azərbaycan KİV-lərində gender problemi ilə bağlı məlumatları, o cümlədən KİV sektorunda qadınların məşğulluğunun və Azərbaycan KİV-lərində qadınlar barədə araşdırmaların statistikasını toplamaq.
- Azərbaycan Mətbuat Şurasının KİV-lərdə gender bərabərliyi və digər etik standartlar üzrə potensialını möhkəmləndirmək və Avropa Şurasının gender bərabərliyi və KİV-in azadlığı üzrə standarlarını Bakı və bölgələrdə jurnalistlər və KİV işçiləri arasında təşviq etmək.
- “Jurnalist etikası” və “Gender bərabərliyi və KİV-in azadlığı” üzrə dərsliklər hazırlamaq yolu ilə jurnalistika təhsilinin keyfiyyətini artırmaq.
- Peşəkar hüquqşünasların (hakimlər, vəkillər, prokurorlar, eləcə də hüquq fakültəsi tələbələrinin) məlumatlılığını artırmaq və onlara gender bərabərliyi, KİV-in azadlığı və azad fikir ifadəsi sahələrində Avropa Şurası standartlarını öyrətmək.
Layihə üzrə bütün tədbirlər müvafiq dövlət orqanlarının, milli və beynəlxalq məsləhətçilərin, elmi dairələrin və vətəndaş cəmiyyətinin əməkdaşlığı ilə həyata keçirilir.