• 27 İyul 2024
logo
Magistraturada fənlər üzrə attestasiya qaydası ali məktəblərin Elmi Şurası tərəfindən müəyyənləşdiriləcək

Magistraturada fənlər üzrə attestasiya qaydası ali məktəblərin Elmi Şurası tərəfindən müəyyənləşdiriləcək

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.
Dəyişikliyə əsasən, bu sahədə ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA-ya səlahiyyət verilir. Başqa sözlə, tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçiriləcək.

Müvafiq qaydada magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən müəyyənləşdiriləcək.

Bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.