• 27 İyul 2024
logo
Həssas qrupdan olan tələbələrin təhsil haqları ilə bağlı müraciətlərin qəbulu iyunun 11-dək uzadılıb

Həssas qrupdan olan tələbələrin təhsil haqları ilə bağlı müraciətlərin qəbulu iyunun 11-dək uzadılıb

"Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə istifadəyə verilən http://e-telebe.edu.az portalı üzərindən 2020-21-ci tədris ilinin 2-ci yarımili üçün müraciətlərin qəbulu 11.06.2021-ci il tarixinədək uzadılıb".

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, bu qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etməsi xahiş olunur.