• 27 İyul 2024
logo
TN: MİQ imtahanı zamanı COVİD pasportu və immunitet sertifikatı tələb olunmayacaq

TN: MİQ imtahanı zamanı COVİD pasportu və immunitet sertifikatı tələb olunmayacaq

“Müəllimlərin işə qəbulu zamanı COVİD pasportu və immunitet sertifikatı tələb olunmayacaq. Test imtahanı mərhələsində heç bir namizəddən bu sənədlər tələb edilməyəcək”.

Bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin əməkdaşı Tükəzban Quliyeva deyib. O bildirib ki, sadəcə olaraq imtahana cəlb olan bütün heyət – nəzarətçilər və digər heyət COVİD-19 testindən keçiriləcək: “Ümumiyyətlə, müsabiqənin digər mərhələsində tələb olunarsa, bununla bağlı əvvəlcədən bütün namizədlərə, ictimaiyyətə məlumat veriləcək”.