• 1 Fevral 2023
logo
Vaksindən sonra qanında anticisim yaranmayan şəxslərin təkrar peyvənd olunacağı vaxt açıqlanıb

Vaksindən sonra qanında anticisim yaranmayan şəxslərin təkrar peyvənd olunacağı vaxt açıqlanıb

“COVID-ə yoluxmuş, üstündən 6 ay keçməsinə baxmayaraq seroloji testin nəticələrinə görə qanında anticisimlərin yüksək olduğu şəxslər də peyvənd olunmalıdır”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iki dozada peyvənd vurdurmuş, üstündən iki həftə keçməsinə baxmayaraq seroloji testin nəticələrinə görə qanında anticisimlər olmayan şəxslər təkrar peyvənd oluna bilər. Qeyd olunub ki, həmin şəxslər 6 aydan sonra yenidən vaksinasiyadan keçə bilərlər.