• 27 Yanvar 2023
logo
Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir

Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir. APA-nın məlumatına görə, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir. Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir. Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb "Özünütəcrid barədə bəyannamə" təqdim etməyən əcnəbilər Azərbaycana buraxılmayacaq Sabahın hava proqnozu - VİDEO Kampaniya çərçivəsində işıq üzü görən növbəti videoçarx idman və azarkeşlik haqqındadır. Bu mövzuların seçilməsi təsadüfi deyil. Artıq bir ildən çoxdur ki, davam edən pandemiya səbəbindən idman zalları və kütləvi yarışlar təxirə salınıbr. Bu vəziyyət də, təbii ki, idman həvəskarları və azarkeşlərinə mənəvi olaraq mənfi təsir edib. Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki - darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq. Kampaniyanın kommunikasiya strategiyası "Maverick" Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.