• 29 Yanvar 2023
logo
Təyyarə ilə Azərbaycana səfər edəcək sərnişinlərdən “Özünütəcrid barədə bəyannamə” tələb olunmayacaq

Təyyarə ilə Azərbaycana səfər edəcək sərnişinlərdən “Özünütəcrid barədə bəyannamə” tələb olunmayacaq

Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılara qoyulan bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını ilə bağlı tələb ləğv olunur.

Bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Bundan əvvəl Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin edirdi və Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirdilər.