• 4 İyul 2025
logo
Bakterioloji baxımdan yararlı çimərliklərin ilkin siyahısı açıqlanıb

Bakterioloji baxımdan yararlı çimərliklərin ilkin siyahısı açıqlanıb

“İlkin nəticələrə görə, Novxanı, Goradil, Nardaran, Zuğulba çimərlikləri bakterioloji baxımdan yararlı hesab olunur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.
O bildirib ki, digər çimərliklərdə isə hazırda monitorinqlər davam edir: “Eyni zamanda bölgələrdə də monitorinqlər aparılır. Yaxın vaxtlarda nəticələri elan edəcəyik".