• 27 Yanvar 2023
logo
Gigiyena və Epidemiologiya Mərkəzi əhalini qeyri-rəsmi çimərliklərdən istifadə etməməyə çağırıb

Gigiyena və Epidemiologiya Mərkəzi əhalini qeyri-rəsmi çimərliklərdən istifadə etməməyə çağırıb

“Ölkənin şimal və cənub zonalarında vətəndaşların səmərəli istirahəti üçün çimərlik əraziləri mövcuddur”.

Bunu Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Ekspert saatı”nda deyib. O bildirib ki, həmin ərazilərdə hazırda monitorinqlər aparılır: “Yəqin ki, yaxın vaxtlarda nəticələr elan ediləcək”.
O qeyd edib ki, bir sıra yaşayış məntəqələrinin ərazisində çimərlik kimi istifadə olunan sahələr mövcuddur: “Məsələn, buna nümunə kimi Mingəçevir şəhəri və onun ərazisində çimərlikləri göstərə bilərik. Bundan başqa, Kür çayı ətrafındakı yaşayış zonalarından vətəndaşlar çimərlik kimi istifadə edirlər. İlk növbədə həmin ərazilərin relyefi, quruluşunun çimərlik sahəsinə uyğun olub-olmaması dəqiqləşməlidir. Bu ərazilər rəsmi surətdə çimərlik kimi qeyd olunmalıdır. Vətəndaşların respublikanın ayrı-ayrı ərazilərində belə göllər və çaylardan istifadə etməsi bir sıra xoşagəlməz halların və bədbəxt hadisələrin olmasına gətirib çıxarır. Vətəndaşların belə yerlərdən istifadə etməməsi məqsədəuyğundur”.