• 29 Yanvar 2023
logo
ADU-nun “Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” esse müsabiqəsinin qalibləri elan olunub

ADU-nun “Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” esse müsabiqəsinin qalibləri elan olunub

Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti, Həmkarlar İttifaqı Komitəsi və Regionşünaslıq kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş bakalavr və magistrantların “Qələbəyə aparan yol: Heydər Əliyevin siyasi irsi” adlı esse müsabiqəsi keçirilib.

Müsabiqənin münsiflər heyəti tərəfindən iştirakçılardan 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər isə üçüncü yerə layiq görülüb.

1-ci yerin qalibi Təhsil 1 fakültəsinin tələbəsi Ulduz Hətəmova 1-ci dərəcəli diplom və pul mükafatı ilə;

2-ci yerin qalibləri magistrant Müseyib Şirəliyev və Tərcümə fakültəsi tələbəsi Günel Balaşova 2-ci dərəcəli diplom və pul mükafatı ilə;

3-cü yerin qalibləri BM və Regionşünaslıq fakültəsi tələbəsi Vüsal Hümbətzadə, Filologiya fakültəsinin tələbəsi Güzel Nəzərova və magistrant Səbinə Məmmədova 3-cü dərəcəli diplom və pul mükafatı ilə mükafatlandırılacaqlar.