Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanununun layihəsi müzakirəyə çıxarılacaq.
Qanun layihəsi parlamentin Elm və təhsil komitəsinin mayın 27-də onlayn keçiriləcək iclasının gündəliyinə daxil edilib.