Tovuz regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.
Tədbir çərçivəsində mərkəzin həyətyanı sahəsində könüllülər tərəfindən müxtəlif tullantılardan hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.
Bəzi sahələrdə icbari tibbi sığorta üzrə göndəriş sisteminin tətbiq ediləcəyi tarix müəyyənləşir
Ali məktəblərin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olunan tələbələrə “adi” təqaüd veriləcək
Azərbaycanda bu günədək 327601 nəfərdə COVID-19 aşkarlanıb, 4713 nəfər vəfat edib
APA-nın yerli bürosunun məlumatına görə tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər. Məqsəd məişət tullantılarına ikinci nəfəs verməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması və sərgi-satışdan toplanmış məbləğin “YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır. Tədbir çərçivəsində sərgiyə baxış keçirilib.
Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.