• 1 İyul 2025
logo
Bu il milli parkları ziyarət edən turistlərin sayı artıb - ETSN

Bu il milli parkları ziyarət edən turistlərin sayı artıb - ETSN

Pandemiya dövründə Milli Parklara turist axını azalsa da, son dövrlər bu rəqəmdə artım var.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkil etdiyi "Ekspert saatı"nda nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

O qeyd edib ki, 2020-ci ildə milli parklara tusrist səfərlərinin sayı 2 dəfə azalmışdı: "2019-cu ildə milli parklara 98 min turist səfər etmişdi. Bunun 88 min nəfəri yerli turistlər olub. 2020-ci ildə pandemiya ilə əlaqədar parklar bir müddət bağlı qaldı və bununla turist sayı da azaldı. 2020-ci ildə milli parkları cəmi 41 turist ziyarət etmişdi. Amma hazırda milli parklara ziyarətlərin sayı artmaqdadır. Məsələn, 2021-ci ilin 5 ayı ərzində milli parkları 38 min 779 turist ziyarət edib. Gələn aylarda bu sayın daha da artacağı gözlənilir".