• 3 Dekabr 2021
logo
Su anbarlarına dair məlumatlar “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil ediləcək

Su anbarlarına dair məlumatlar “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil ediləcək

Su anbarlarına dair məlumatlar “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil ediləcək.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərarlara dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının illik su təsərrüfatı balansına dair, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmləri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmləri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil ediləcək.