• 28 Noyabr 2021
logo
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 2 milyonu keçdi

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 2 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 287 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 233, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 054 nəfərdir.

Ölkədə vurulan vaksinlərinümu mi sayı 2 021 371, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 158 631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862 740 təşkil edir.