• 30 Sentyabr 2022
logo
"WhatsApp" yeni unikal funksiya hazırlayır

"WhatsApp" yeni unikal funksiya hazırlayır

"WhatsApp" messenceri yazışmaların saxlanmasını və digər qurğuya keçirilməsini daha da rahatlaşdıran yeni funksiya hazırlayır.

Trend-in məlumatına görə, yeni funksiya digər telefon nömrəsinə və fərqli əməliyyat sisteminə keçirməyə imkan verəcək.

Hazırda "WhatsApp"da yazışmaları yalnız mövcud nömrəyə və eyni əməliyyat sistemində köçürmək mümkündür.

Mütəxəssislərin fikrincə, yeni funksiya messencerin növbəti yenilənmələrindən birində işə düşəcək. Funksiyanın alqoritmləri "Android" və "iOS" əməliyyat sistemləri üçün hazırlanır.