• 7 Oktyabr 2022
logo
Agentlik: Son illərdə 7 mindən çox saxta əlillik ləğv edilib

Agentlik: Son illərdə 7 mindən çox saxta əlillik ləğv edilib

Hazırda Azərbaycanda əlilliyin ümumi göstərici əhaliyə nisbətdə 6 faiz təşkil edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
O bildirib ki, bu rəqəm pensiya sistemində 30 faiz təşkil edir: “Bu da digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyükdür. Bu, köhnə dövrdə əlilliklə bağlı sui-istifadənin olduğunu göstərir. Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanaraq ləğv edilib. Bu işlər mütəmadi olaraq aparılır. Bu, sosial sahədə aparılan islahatların bir növüdür. Biz istəyirik ki, sui-istifadə halları aradan götürülsün”.