• 1 Dekabr 2021
logo
Çimərliklərdəki vəziyyəti öyrənmək üçün bu il də cimerlik.az portalı fəaliyyət göstərəcək

Çimərliklərdəki vəziyyəti öyrənmək üçün bu il də cimerlik.az portalı fəaliyyət göstərəcək

Bu il də çimərliklərdəki vəziyyəti öyrənmək üçün cimerlik.az portalı fəaliyyət göstərəcək.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.
O bildirib ki, çimərliklərə üz tutan sakinlər ötən il olduğu kimi, portala daxil olaraq çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə biləcəklər.

Şöbə müdiri qeyd edib ki, pandemiya ilə bağlı ümumi vəziyyətdə dəyişiklik olarsa, çimərliklərə mövcud karantin qaydalarında nəzərdə tutulmuş saydan daha çox vətəndaş buraxılması da nəzərdə tutulur.