• 29 Sentyabr 2022
logo
Apellyasiyaya müraciət edən 103 müəllim daimi əsaslarla çalışmaq imkanı qazanıb

Apellyasiyaya müraciət edən 103 müəllim daimi əsaslarla çalışmaq imkanı qazanıb

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunub.

Təhsil Nazirliyindən verilən məlumata görə, 7-8 may tarixlərində həyata keçirilən müsahibələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.188 namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq ümumi təhsil müəssisəsində daimi əsaslarla çalışmaq imkanı qazanıb.
Qeyd edək ki, müddətsiz əmək müqaviləsinin bağlanması üçün təlimat müvafiq yerli təhsili idarəetmə orqanlarına göndəriləcək.