• 12 İyul 2025
logo
Bu il çimərliklər necə işləyəcək? - TƏBİB-dən açıqlama

Bu il çimərliklər necə işləyəcək? - TƏBİB-dən açıqlama

Bu il də ötən il olduğu kimi çimərliklər müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərə bilər.

Trend-in məlumatına görə, bunu Real TV-nin efirində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, lakin bu qaydalar TƏBİB tərəfindən tənzimlənmir və o sadəcə həkim olaraq qiymət verir:

"Ötən il çimərliklərlə bağlı sanitar qaydalar da hazırlanmışdı. Bu qaydalar əsasında bu il aidiyyəti strukturlar qərar verə bilərlər".