• 7 Dekabr 2021
logo
Azər Maqsudov: "Dərmandan zəhərlənmə ilə bağlı 46 nəfər müraciət edib"

Azər Maqsudov: "Dərmandan zəhərlənmə ilə bağlı 46 nəfər müraciət edib"

“Aprel-mayayları ərzində dərman zəhərlənməsi ilə bağlı 46 nəfər müraciət edib”.

Bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
O bildirib ki, dərmandan zəhərlənmə ilə bağlı ölüm halı olmayıb: “Dərman zəhərlənməsi ilə müraciət edənlərin 80 faizi qadın olub. Allergik reaksiyalarla bağlı isə 7 nəfər müraciət edib”.

A. Maqsudov qeyd edib ki, sirkə turşusundan may ayı ərzində 9 nəfər zəhərlənib, ölüm hadisəsi olmayıb.