• 25 Aprel 2024
logo
ETSN: İşğaldan azad olunan ərazilərdə 54 min hektardan çox meşə fondu məhv edilib

ETSN: İşğaldan azad olunan ərazilərdə 54 min hektardan çox meşə fondu məhv edilib

“Müharibə zamanı Bərdə, Ağcabədi, Daşkəsən rayonlarının meşə ərazilərinə atılmış bombalar nəticəsində meşə fonduna kifayət qədər ziyan vurulub”.

Bunu “Ekspert saatı”nda ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov deyib.
O bildirib ki, bombalar nəticəsində meşə yanğınları olub: “FHN-in və meşə xidməti əməkdaşlarının səyi nəticəsində həmin yanğınlar vaxtında ram edilib. İşğaldan azad olunanərazilərdə 54 min hektardan çox meşə fondu məhv edilib. Hazırda dəymiş ziyanın hesablanması istiqamətində işlər aparılır”.