• 29 Mart 2024
logo
Ali məktəblər üçün anonim sorğu keçirilir

Ali məktəblər üçün anonim sorğu keçirilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrinin rəhbərlik və kollektivini anonim sorğuda iştirak etməyə dəvət edib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, sorğunun keçirilməsində məqsəd müvafiq müəssisələrin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, təlim ehtiyac və istəklərini müəyyən etmək, Agentliyin təlim və metodiki dəstək xidmətlərinə dair təklifləri ilə tanış olmaqdan ibarətdir.
Qeyd edək ki, TKTA-nın nizamnaməsinə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir.