• 3 Dekabr 2021
logo
8441 müəllim iş yerinin dəyişdirilməsi üçün ərizəsini təsdiq edib

8441 müəllim iş yerinin dəyişdirilməsi üçün ərizəsini təsdiq edib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 5-16 may tarixlərini əhatə edən bu mərhələdə 13 105 şəxs müsabiqədə iştirak etmək üçün müraciət edib. Onlardan 8441 nəfəri ərizəsini tamamlayaraq iştirakını təsdiq edib.

Müsabiqənin növbəti mərhələsində namizədlərin ərizələri yoxlanıldıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək.