2021-ci ilin aprel ayında DSMF-nin fəaliyyət istiqamətləri üzrə vətəndaşlar tərəfindən 4477 elektron arayış alınıb.
Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildiirlib.
Qeyd edilib ki, bu arayışların 1566-sı pensiya, 1015-i müavinət və təqaüd, 1081-i fərdi şəxsi hesab, 190-ı ünvanlı dövlət sosial yardımı, 223-ü torpaq pay mülkiyyətçisi, 230-u sosial sığorta şəhadətnaməsinin nömrəsi, 55-i şəhid ailəsi üzvü, 55-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 27-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 30-u əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəman ailə üzvü ilə bağlı olub. Aprel ayında vətəndaşlara 4477 elektron arayış verilib: • pensiya - 1566; • müavinət və təqaüd - 1015; • fərdi şəxsi hesab - 1081; • ünvanlı dövlət sosial yardımı - 190; • torpaq pay mülkiyyətçisi - 223; • sosial sığorta şəhadətnaməsinin nömrəsi - 230; • şəhid ailəsi üzvü - 55; • ünvanlı dövlət sosial yardımı ödənişləri - 55; • sağlamlıq imkanları məhdud uşaqlara qulluq: - 27; • əlilliyi olan şəxslərə qulluq - 30; • Milli Qəhrəman ailə üzvü - 5.