• 11 Dekabr 2023
logo
Bakıda əyani təhsilə başlayan şagirdlərin sayı açıqlanıb

Bakıda əyani təhsilə başlayan şagirdlərin sayı açıqlanıb

“Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə mayın 17-dən Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərləri, Abşeron rayonunda ümumtəhsil qismən əyani təhsilə qayıtmışıq. Bununla əlaqədar bütün işlər görülüb. Ümumtəhsil müəssisələrində həftədə 2, ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla əyani tədris bərpa olunub. Xüsusi məktəblərdə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş olmaqla həftədə 2 dəfə əyani tədrisi bərpa etmişik”.

Bunu APATV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.
O bildirib ki, təhsil müəssisələrində xüsusi karantin rejiminə uyğun bütün qaydalar həyata keçirilir: “410 mindən artıq şagird və 25 min müəllim bu prosesə cəlb olunub”.