• 23 Aprel 2024
logo
Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509yeni yoluxma faktı qeydə alınıb, 1427nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 328 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 311 198nəfər müalicə olunaraq sağalıb, 4 742nəfər vəfat edib, aktiv xəstə sayı 12 728nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7733, ötən müddət ərzində isə ümumilikdə 3 360900test aparılıb.