• 8 Dekabr 2021
logo
ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib

ÜST "Sinopharm" peyvəndini təcili istifadə üçün tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin istehsal etdiyi "Sinopharm" koronavirusa qarşı vaksinini təcili istifadə üçün tövsiyə edib.

Trend-in məlumatına görə, bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: "Bu gün ÜST Pekinin "Sinopharm" vaksinini COVİD-19-a qarşı təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib. "Sinopharm" ÜST-nin təhlükəsizlik, effektivlik və keyfiyyət sertifikatını almış altıncı peyvənd oldu".

Onun sözlərinə görə, bu addım beynəlxalq COVAX mexanizmi vasitəsi ilə satın alına bilən COVİD-19-a qarşı immunizasiya üçün dərmanların siyahısını genişləndirdi.