• 6 Oktyabr 2022
logo
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub

8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub

Beynəlxalq razılaşmaya əsasən, hər il may ayının 8-də Anri Dünanın doğum günü şərəfinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaradılmasının ildönümü günü kimi qeyd edilir. Bu gündə Hərəkatın bütün üzvləri və könüllüləri müxtəlif məkanda həyata keçirilən fəaliyyətlərə cəlb olunur.

Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ” verilişinin mövzusu da 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü olub. Mövzu ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Baueri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Olqa Cumayeva fikirlərini bildiriblər. Novruz Aslan qeyd edib ki, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Rəyasət Heyəti Şuşa geri qaytarılanadək 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı gününü mayın 7-də qeyd edirdi. Vətən müharibəsi nəticəsində işğal olunmuş Azərbaycan torpaqları, eləcə də, 27 ildən sonra Şuşa şəhəri işğaldan azad olundu. Bununla əlaqədar olaraq, İdarəetmə Şurası həmin qərarı ləğv edib. Beləliklə, Hərəkat günü Azərbaycanda hər il mayın 8-də qeyd olunacaq.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.