• 11 Dekabr 2023
logo
Bakıda küçələrdən birinə Polad Həşimovun adı verilib

Bakıda küçələrdən birinə Polad Həşimovun adı verilib

Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib və Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin 13 aprel tarixli Sərəncamına əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib.
Dəyişikliyə əsasən, bundan sonra Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq.