• 26 Sentyabr 2022
logo
BŞİH mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib

BŞİH mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Bağçalar İdarəsi mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyi məsələsinə aydınlıq gətirib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) Nazirlər Kabinetinin qərarı ilə iş günü sayıldığı üçün bağçalar da fəaliyyət göstərəcək.
Nazirlər Kabinetinin 19.04.2021-ci il tarixli, 99 nömrəli qərarına uyğun olaraq 8 may 11 may iş gününün, 16 may isə 12 may iş günün yerinə BŞİH tabeliyində olan bağçalar fəaliyyət göstərəcək.