• 26 Sentyabr 2022
logo
TƏBİB: Peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar yoxdur

TƏBİB: Peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar yoxdur

“Müəyyən səbəblərdən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar yoxdur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, onların ölkə xaricinə çıxış qaydalarına dair qüvvədə olan heç bir məsələ yoxdur: “Bu gün bütün dünyada ölkələr arasında gediş-gəliş PCR testi əsasında təmin edilir. Ölkədə də giriş-çıxış qaydaları bəllidir. Hələ heç bir qərar qəbul edilmədiyi üçün heç nə demək mümkün deyil. Sərhədlər də bağlıdır. Gələcəkdə hansı qərarlara gəlinsə, bu barədə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.