• 8 Dekabr 2021
logo
Nazir əvəzi: “Prezidentin beynəlxalq nüfuzu sayəsində ölkəyə vaksinlərin davamlı gətirilməsi tam təmin edilib”

Nazir əvəzi: “Prezidentin beynəlxalq nüfuzu sayəsində ölkəyə vaksinlərin davamlı gətirilməsi tam təmin edilib”

“Bu gün vaksinasiya ilə bağlı yeni mərhələ bəyan olunacaq”.

Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev deyib.

O bildirib ki, vaksinasiyanın əsas prinsipləri könüllülük, şəffaflıq və s.-dir: “Bu prinsipləri tam qorumaqla vaksinasiya kampaniyası yanvar ayından başlayaraq uğurla aparılır. Səhiyyə qrupları arasında demək olar 90% vaksinasiya aparılıb. Təhsil sektorunda çalışanlar da bu rəqəmə yaxınlaşır. Son 2 həftə ərzində çarpayı fondunda yatan xəstələrin sayı azalmaqdadır. Bəlli olduğu kimi, dünyada vaksin uğrunda həqiqi müharibə gedir. Ölkələr arasında vaksinlərin bölgüsü qeyri-ədalətlidir. Prezidentimizin beynəlxalq nüfuzu sayəsində ölkəmizə vaksinlərin davamlı gətirilməsi tam təmin edilib”.