• 28 Noyabr 2021
logo
Bayram günlərində Bakı-Sumqayıt qatarı işləməyəcək

Bayram günlərində Bakı-Sumqayıt qatarı işləməyəcək

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 9 may saat 00:00-dan 16 may 06:00-dək hərəkətdə olmayacaq.

Qeyd edək ki, sözügedən xətt üzrə qatarlar 8 və 16 may tarixlərində tam iş günü cədvəli üzrə hərəkət edəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq