• 3 Dekabr 2021
logo
Kosmik hava durumu açıqlanıb

Kosmik hava durumu açıqlanıb

Kosmik hava durumu açıqlanıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya bildirilib ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəşdə olan ləkələrin sayı 35-dən 11-ə enib.

Yüklü zərrəciklər – normal səviyyədən aşağı olub.

Hesabat dövründə Günəş küləyi üçün sakit şərait hökm sürür. Zəif CME effektləri nəticəsində Günəş küləyi parametrləri normal qiymətlər alıb. Günəş küləyinin orta sürəti 310 km/san. ilə 381 km/san. intervalında dəyişib.

Geomaqnit sahə son sutka ərzində sakit və az dəyişən olub.

Proqnoz dövründə (3-5 may) Günəş fəallığı aşağı səviyyədə olacaq.

Günəş küləyi parametrləri tac dəliyindən çıxan yüksək sürətli axınlar nəticəsində normallaşacaq. Günəş küləyinin sürəti 450-550 km/san. intervalında olacaq.

Geomaqnit sahədə 3-4 may tarixlərində aktiv səviyyəyə qədər artacaq olan tənzim olunmayan dəyişkənlik, 5 may tarixində CH HSS (Coronal Hole High Speed Streama-Tac dəliyindən çıxan yüksək sürətli axınlar) aktivliyi nəticəsində sakit və ya qeyri-stabil şərait yaranacaq. Proqnoz dövründə geomaqnt sahə ümumən sakit (Kp=2-4) davam edəcək. Maqnit qasırğasının yaranma ehtimalı 3-5 may tarixlərində 10%-dək qiymətləndirilir.