• 14 Oktyabr 2019
logo
add image
Bakı Zooparkının istifadəyə veriləcəyi təqribi vaxt bilindi

Bakı Zooparkının istifadəyə veriləcəyi təqribi vaxt bilindi

Bakı Zooparkında aparılan yenidənqurma işləri davam edir.
Bunu Zooloji Parkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, hazırda parkda su və kanalizasiya, eləcə də elektrik sistemi dəyişdirilir:
“Parkda görülən işlər öz axarı ilə davam edir, yeni volyerlər tikilir, şərait yaxşılaşdırılır. Gedişat onu göstərir ki, yeni park növbəti il təhvil verilə bilər. İşlərin bir qədər çox vaxt aparması isə onunla bağlıdır ki, burada hər bir işə xüsusi yanaşma var və müxtəlif qurğular qurularaq təhlükəsizlik qaydalarına çox ciddi riayət edilir. Yekunda çox nümunəvi və köhnə parkdan əsər-əlamət olmayan yeni zoopark sakinlərin istifadəsinə veriləcək”.
A.Hüseynov parka yeni gətiriləcək heyvanlardan da söz açıb:
“Hazırda əvvəlki heyvanların şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Ancaq iki-üç, bəlkə də daha çox növdə yeni heyvanların gətirilməsi gözlənilir”.
Qeyd edək ki, bu ilin əvvəllərindən fəaliyyəti müvəqqəti dayandırılan Bakı Zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq. Heyvanların isə müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.