• 6 Dekabr 2021
logo
Həkim: "Koronavirusun yeni ştammlarında yoluxuculuq 28 günə qədər davam edir"

Həkim: "Koronavirusun yeni ştammlarında yoluxuculuq 28 günə qədər davam edir"

“Koronavirusun əvvəlki ştammında yoluxuculuğu 7-12 gün olurdu”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, yeni ştammlarda isə bu müddət uzanıb: “Britaniya ştammı və son vaxtlar aşkarlanan digər ştammlarda yoluxuculuq 28 günə qədər davam edir. Yeni ştamma yoluxan çox xəstələrdə 24-28 gündə yaxma götürüləndə pozitiv çıxır. Tövsiyə edərdim ki, həmin şəxslər 28 gündə heç kimlə kontaktda olmasınlar. Yəni həmin şəxslər digərlərini yoluxdura bilərlər”.

Həkim qeyd edib ki, COVID-ə yoluxub evdə müalicə olunan xəstələrdə hərarət davamlı yüksəlirsə, 38 və daha çox temperatur olursa, düşmürsə, bu zaman həkimə müraciət etmək lazımdır: “Bu zaman demək ki, iltihab var. Öskürək başlayıbsa, əsasən də quru, boğucu öskürəkdirsə, COVID-in ağciyərləri zədələməsi ilə bağlıdır. Əgər evdə saturasiyanı ölçə bilirsizsə və saturasiya 93-dən aşağı düşürsə, siz bu zaman da həkimə müraciət etməlisiz”.

Həkim bildirib ki, bu əlamətlər olanda müalicəni xəstəxanada davam etdirmək lazımdır.