2021-ci ilin 1 yanvar tarixinə olan göstəriciyə əsasən Gürcüstanda qeydiyyatda olan əhalinin sayı 3 728.6 min nəfər təşkil edir.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 0.3% çoxdur. Yanvarın 1-nə olan statistikaya əsasən Gürcüstan əhalisinin 59.4%-i (2 215.6 min nəfər) şəhərlərdə, ölkə əhalisinin üçdə biri (1 202.7 min nəfər) isə paytaxt Tbilisidə yaşayır.
Statistikaya əsasən bu ölkədə azərbaycanlıların yığcam yaşadığı Kvemo-Kartli bölgəsində qeydiyyatda olanların sayı 437.3 min nəfər təşkil edir ki, onlardan 192.3 mini şəhərlərdə, 245 mini isə kənd yerlərində yaşayırlar.