• 8 Dekabr 2024
logo
Elvin Hüseynov: "61 şəhid övladı barədə depozit hesablara yerləşdirilib"

Elvin Hüseynov: "61 şəhid övladı barədə depozit hesablara yerləşdirilib"

"Bir aylıq "YAŞAT" marafonuna bu gündən başlanılır və 1 ay davam edəcək. Bir ay ərzində toplanan vəsaitin məbləğini 25 mayda efir vasitəsilə ictimaiyyətə açıqlamaq fikrindəyik".

APA-nın məlumatına görə, bunu mətbuat konfrasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, Fonda toplanan vəsaitlər ən çox məişət şəraitinin yaxşılaşdırılması və tibb xidmətləri ilə bağlı xərclənir, çünki ən çox müraciətlər bu istiqamətlər üzrədir: "Eyni zamanda, "YAŞAT" Fondunun fəaliyyət istiqamətlərindən biri də 27 sentyabrdan sonra doğulan şəhid övladlarına dəstəklə bağlıdır. Ötən gün 61 şəhid övladı barədə depozit hesablara yerləşdirilib, bu gün artıq 7 şəhid övladı barədə də depozit yerləşdiriləcək və bu, ümumilikdə 68 şəhid övladını əhatə edəcək".