• 13 May 2025
logo
"YAŞAT": 20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib

"YAŞAT": 20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib

Bu günə qədər "YAŞAT Fondu" 2881 şəhid ailəsinin evində olub.

Bunu mətbuat konfransında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

Onun sözlərinə görə, eyni zamanda 2700-dən artıq qazi ilə müxtəlif yerlərdə görüşüblər, 300-dən artıq yataq xəstəsi olan qazinin mənzilində görüş keçirilib: ""YAŞAT" Fondunun 4 fəaliyyət istiqaməti var. 20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib. Türkiyədən bir qrup həkim gəlmişdi, onlar qazilərlərlə görüş keçirib. Həmin qazilər Türkiyəyə müalicəyə göndərilib. 76 qazi Türkiyəyə göndərib, onlardan 7-si artıq vətənə dönüb. Hazırda 69 qazinin Türkiyədə müalicəsi davam edir. Eyni zamanda İsraildən 8 cərrah gəlmişdi, 30-dan artıq qazi əməliyyat olunub. 50-dən artıq qaziyə süni göz, 2 qaziyə buynuz qişa qoyulub".