• 14 Oktyabr 2019
logo
add image
Kollegiya sədri: Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib

Kollegiya sədri: Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib

Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib.
Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov təmsil etdiyi qurum və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
A.Bağırov deyib ki, 2018-ci ildə aztəminatlı şəxslərlə əlaqədar 25 min iş üzrə hüquqi yardım tamamilə pulsuz həyata keçirilib: “Prezident İlham Əliyevin 2018-ci 22 fevral tarixli sərəncamı inqilabi xarakterlidir. Hazırda Gəncə, Şəki, Lənkəran və Şirvan şəhərlərində regional vəkillik bürolarının istifadəyə verilməsi istiqamətində iş gedir, Vəkillər Kollegiyasının inzibati binası təmir edilir”.
Kollegiya sədri qeyd edib ki, vəkilliyin institusional formada təşəkkül tapmasında Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun xüsusilə əlamətdardır. A.Bağırov 28 dekabr tarixinin Vəkillərin peşə bayramı kimi qəbul edilməsini təklif edib.